Bank Of Baku

Rusiya məhkəməsi Ukrayna ordusunda döyüşmüş Ermənistan vətəndaşına 12 il həbs cəzası verib

Rusiya məhkəməsi Ukrayna ordusunda döyüşmüş Ermənistan vətəndaşına 12 il həbs cəzası verib
# 08 oktyabr 2025 19:21 (UTC +04:00)

Rusiya məhkəməsi Ukrayna silahlı qüvvələrinin tərkibində snayper kimi döyüşmüş Ermənistan vətəndaşını 12 il müddətinə azadlıqdan məhrum edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Məhkəmə müəyyən edib ki, Ermənistan vətəndaşı 2022-ci ildə Ukraynaya gedib və könüllü olaraq 124-cü Ərazi Müdafiə Briqadasına qoşulub.

2023-cü ilə qədər o, 2,3 milyon rubldan çox qazanc əldə edərək Donbasda, eləcə də Xerson vilayətindəki münaqişələrdə iştirak edib.

2024-cü ilin oktyabrında erməni muzdlu Domodedovo hava limanında saxlanılıb.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR