Bank Of Baku

Rusiya MN: Azərbaycan "Vostok 2022" təlimlərində müşahidəçi qismində iştirak edəcək

Rusiya MN: Azərbaycan "Vostok 2022" təlimlərində müşahidəçi qismində iştirak edəcək
# 29 avqust 2022 10:48 (UTC +04:00)

Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək "Vostok 2022" beynəlxalq hərbi təlimlərində müşahidəçi qismində iştirak edəcəklər.

APA -nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, sentyabrın 1-dən sentyabrın 7-dək Rusiyanın Şərq Hərbi Dairəsinin 7 poliqonunda keçiriləcək “Vostok-2022” təlimlərində Azərbaycan Respublikası müşahidəçi qismində iştirak edəcək.

Ümumilikdə, Çin, Hindistan, Qazaxıstan, Belarus, Əlcəzair və digər dövlətlərin qatılacağı təlimlərdə 50 mindən çox hərbçinin iştirak edəcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR