Mariopulda Ukraynanın 2 ədəd Mi-8 helikopteri vurulub.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, martın 31-də səhər saatlarında rəsmi Kiyev iki Mi-8 helikopteri ilə "Azov" batalyonunun komandirlərini Mariupoldan təxliyə etməyə cəhd edib.
General bildirib ki, “DNR qüvvələri” qənimət götürdükləri Stinger kompleksi ilə Ukraynanın Mi-8 helikopterini vurub. Helikopterlərdən biri Rıbatskoye yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. İkinci helikopter raket zərbəsi nəticəsində zədələnsə də, dənizə doğru uçub, lakin sahildən 20 kilometr aralıda qəzaya uğrayıb.
Məlumata görə, Rıbatskoye yaşayış məntəqəsi yaxınlığında yerə düşən helikopterdəkilərdən 15-i həlak olub, sağ qalan iki nəfər əsir götürülüb.