Rusiya Ordusu Ukraynanın Berdyansk və Enerqodar şəhərlərinə nəzarəti ələ keçirib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, nazirlik Rusiya aviasiyasının Ukraynanın bütün ərazisi üzərində hava üstünlüyünü qazandığını açıqlayıb.
***
03:23
Rusiya qoşunları Berdyansk şəhərinə nəzarəti ələ alıb.
APA-nın “pravda.com.ua”ya istinadla məlumatına görə, bunu Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildiib.
Arestoviçin sözlərinə görə, şəhərdə Ukrayna ordusunun bölmələri olmadığı üçün rus qoşunu bura daxil ola bilib.