Bank Of Baku

Rusiya MN: İndiyədək Ukraynaya məxsus 183 PUA vurulub - VİDEO

Rusiya MN: İndiyədək Ukraynaya məxsus 183 PUA vurulub - VİDEO
# 18 mart 2022 11:39 (UTC +04:00)

Rusiya Hava Kosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus daha 6 pilotsuz uçuş aparatını, o cümlədən bir “Bayraktar TB-2”ni havada vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Operativ-taktiki, hərbi və pilotsuz aviasiyamız Ukraynanın 81 hərbi obyektini vurub. Onların arasında dörd reaktiv yaylım atəşi sistemi, üç komanda məntəqəsi, səkkiz silah-sursat anbarı və 28 hərbi texnikanın toplanış məntəqəsi var.

Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 183 pilotsuz uçuş aparatı, 1406 tank və digər zirehli döyüş texnikası, 138 reaktiv yaylım atəşi sistemi, 535 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1197 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, - general qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR