Bank Of Baku

Rusiya MN Kiyev və Çerniqov istiqamətində hərbi aktivliyi azaltmağının səbəbini açıqlayıb - YENİLƏNİB - VİDEO

Medinski, Fomin

© APA | Medinski, Fomin

# 29 mart 2022 16:32 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi kəskin şəkildə azaltmaq qərarına gəlib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya MN-in İstanbulda Rusiya-Ukrayna danışıqlarının yekunlarına dair Rusiya Federasiyası müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin tərəfindən səsləndirilmiş bəyanatında deyilir.

“Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında müqavilənin hazırlanması, eləcə də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqların bugünkü görüşdə müzakirə olunan prinsiplər nəzərə alınmaqla, praktiki fəaliyyətə keçməsi ilə əlaqədar Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən qarşılıqlı etimadı artırmaq və gələcək danışıqlar və son məqsədə nail olmaqdan ötrü lazımi şəraiti yaratmaq üçün Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin kardinal şəkildə dəfələrlə azaldılması haqqında qərar qəbul olunub”, - Rusiya müdafiə nazirinin müavini bildirib.

***

16:02

Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqov istiqamətində hərbi fəaliyyəti kəskin şəkildə azaltmaq qərarına gəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin bildirib.

Qeyd edək ki, Fomin bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR