Bank Of Baku

Rusiya MN: Krım körpüsündə terror aktı hazırlayan obyektlərə zərbə endirilib

Rusiya MN: Krım körpüsündə terror aktı hazırlayan obyektlərə zərbə endirilib
# 18 iyul 2023 13:14 (UTC +04:00)

Rusiya qoşunları Krım körpüsünün partladılmasının hazırlandığı obyektə zərbə endirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları Odessa vilayətində ekipajsız qayıqlardan istifadə etməklə Rusiyaya qarşı terror aktları hazırlandığı obyektlərə və onların istehsal olunduğu yerlərə zərbə endirib.

"Rusiya Federasiyasının Silahlı Qüvvələri Nikolayev vilayətində Ukrayna Silahlı Qüvvələrini yanacaqla təmin edən yanacaq infrastrukturu obyektlərini məhv edib. Rusiyanın cavab zərbəsindən sonra Ukraynanın Nikolaev və Odessa yaxınlığındakı obyektlərində yanğınlar və partlayışlar qeydə alınıb. Bundan əlavə, Nikolayev və Odessa vilayətinin ərazilərində təxminən 70 min ton həcmində yanacaq anbarları məhv edilib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR