Bank Of Baku

Rusiya MN: Mariupol şəhəri Ukrayna qoşunlarından təmizlənib - VİDEO

Rusiya MN: Mariupol şəhəri Ukrayna qoşunlarından təmizlənib - VİDEO
# 16 aprel 2022 21:42 (UTC +04:00)

Rusiya hərbçiləri Mariupol şəhərini Ukrayna qoşunlarından təmizləyib. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Mariupolun şəhərinin bütün ərazisi Ukrayna hərbçilərindən təmizlənib. Qoşunların qalan hissəsi "Azovstal" adlanan sənaye rayonunda mühasirədə bloklanıb", deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.

O da bildirilib ki, Ukrayna ordusunun, Milli Qvardiyanın və muzdluların itkiləri 23 367 nəfər təşkil edir. Təkcə Mariupolda Ukrayna ordusunun 4 min hərbçi itirdiyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR