Rusiyanın Moskva vilayətinin Boqorodski rayonunda meşə zolağına düşən pilotsuz uçuş aparatı (PUA) təyyarə tiplidir və Ukrayna istehsalıdır.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən TASS-a məlumat verilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Boqorodski rayonunda meşə zolağında partlayıcı maddə ilə doldurulmuş PUA aşkarlanıb.