Bank Of Baku

Rusiya MN: Moskva üzərində Ukraynaya məxsus PUA məhv edilib - YENİLƏNİB

Rusiya MN: Moskva üzərində Ukraynaya məxsus PUA məhv edilib - YENİLƏNİB
# 19 dekabr 2023 14:15 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi Moskvaya dron hücumu ilə bağlı məlumat yayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, məlumatda Ukrayna tərəfinin təyyarə tipli pilotsuz uçan aparatla (PUA) ilə Rusiya paytaxtına hücum etdiyi bildirilib.

"Moskva vaxtı ilə saat 12.35-də Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Odintsovo rayonu ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

***

14:01

Rusiya paytaxtına dron hücumu olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Odintsovo rayonunda PUA hücumu dəf edilib.

İlkin məlumatlara görə, PUA-nın düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR