Bank Of Baku

Rusiya MN: Moskvaya hücum edən bütün PUA-lar vurulub

Rusiya MN: Moskvaya hücum edən bütün PUA-lar vurulub
# 30 may 2023 10:29 (UTC +04:00)

“Səhər saatlarında Kiyev rejimi pilotsuz uçuş aparatları (PUA) ilə Moskvadakı obyektlərə terror hücumu təşkil edib”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, hücuma səkkiz təyyarə tipli pilotsuz uçuş aparatı cəlb edilib: “Düşmənin bütün dronları vurulub. Onlardan üçü elektron mübarizə sistemi ilə yerə salınıb. Nəticədə dronlar idarəetməni itirib və nəzərdə tutulan hədəflərdən yayınıb.

Daha beş pilotsuz uçuş aparatı Moskva vilayətində “Pantsir-S” zenit-raket sistemi tərəfindən vurulub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR