Bank Of Baku

Rusiya MN: Ordu aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub - VİDEO

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 25 mart 2022 12:54 (UTC +04:00)

Rusiya təyyarələri və helikopterləri ötən gecə ərzində Ukraynada 51 hərbi obyekti məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Gecə saatlarında operativ-taktiki və ordu aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub. Məhv edilən obyektlər arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, iki Buk M-1 zenit-raket kompleksi və Dnepropetrovsk vilayətində bir S-300 işıqlandırma və istiqamətləndirici radar, üç D-30 artilleriya qurğusu, iki raket və artilleriya silahı və sursat anbarı, habelə hərbi texnikanın cəmləşdiyi 26 yer var", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR