Bank Of Baku

Rusiya MN: Ötən gecə Ukraynanın 86 hərbi obyektinə zərbə endirilib

Rusiya MN: Ötən gecə Ukraynanın 86 hərbi obyektinə zərbə endirilib
# 10 aprel 2022 12:12 (UTC +04:00)

Rusiya Federasiyasının döyüş aviasiyası ötən gecə ərzində Ukraynanın 86 hərbi obyektinə zərbə endirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 86 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, iki silah-sursat anbarı, üç yanacaq anbarı, üç reaktiv yaylım atəşi sistemləri qurğusu, həmçinin 49 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkovun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Olxovatovka, Novaya Astraxan, Avdeevka, Şaxterskoe, Kuraxovo, Novoselovka II, Vesele yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus 8 pilotsuz uçuş aparatını vurub: "Bundan əlavə, yüksək dəqiqlikli havadan buraxılan raketlər Nikolayev vilayətinin Staroboqdanovka kəndi ərazisində və Xarkov vilayətinin Çuqev hərbi aerodromunda kəşfiyyatla müəyyən edilmiş Ukraynanın S-300 zenit-raket komplekslərinin buraxılış qurğularını məhv edib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR