Bank Of Baku

Rusiya MN qoşunların Dneprdən şərqə geri çəkilməsi ilə bağlı məlumatı təxribat adlandırıb - YENİLƏNİB-1

Rusiya MN qoşunların Dneprdən şərqə geri çəkilməsi ilə bağlı məlumatı təxribat adlandırıb - YENİLƏNİB-1
# 13 noyabr 2023 13:22 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi qoşunların Dneprdən şərq istiqamətində geri çəkilməsi ilə bağlı məlumatı təxribat adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, qurumdan verilən açıqlamada bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat mərkəzinin adından Dnepr bölgəsində qoşunların “yenidən qruplaşdırılması” ilə bağlı xəbər yalandır.

“Bu yalan xəbərin Rusiya MN-nin mətbuat xidməti tərəfindən göndərilməsi təxribatdır”, - deyə Rusiya Müdafiə Nazirliyi RBK-ya bildirib.

Qeyd edək ki, TASS və RİA Novosti agentlikləri Rusiya MN Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının komandanlığı mövcud vəziyyəti qiymətləndirərək qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarına gəldiyi barədə məlumat yayıb. Bildirilib ki, bu, qüvvələrin bir hissəsini Rusiya Silahlı Qüvvələrinin digər istiqamətlərə hücumu üçün göndərməyə imkan verəcək.

Daha sonra isə agentliklər həmin məlumatı silərək, yanlışlığa görə oxuculardan üzr istəyib.

***

12:14

Rusiya Müdafiə Nazirliyi Dneprdən qoşunlarım şərq istiqamətində geri çəkilməsi ilə bağlı məlumatı silib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyanın dövlət informasiya agentlikləri TASS və RİA “Novosti” Dnepr yaxınlığında qoşunların yenidən qruplaşdırılması ilə bağlı xəbəri silib.

Qeyd edək ki, Rusiya MN Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının komandanlığı mövcud vəziyyəti qiymətləndirərək qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarına gəldiyi barədə məlumat yayıb. Bildirilib ki, bu, qüvvələrin bir hissəsini Rusiya Silahlı Qüvvələrinin digər istiqamətlərə hücumu üçün göndərməyə imkan verəcək.

***

12:01

Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının komandanlığı mövcud vəziyyəti qiymətləndirərək qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarına gəlib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, qüvvələrin bir hissəsini Rusiya Silahlı Qüvvələrinin digər istiqamətlərə hücumu üçün göndərməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR