Ukraynada müharibədə iştirak edən Rusiya qoşunlarının təminatı quru dəhlizi boyunca tam, dəniz nəqliyyatı ilə qismən həyata keçirilir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən (MN) bildirilib
"Xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya qoşunlarının Nikolaev-Krivoy Roq və Zaporojye istiqamətlərində təminatı quru dəhlizi boyunca tam şəkildə və qismən dəniz nəqliyyatı ilə davamlı olaraq həyata keçirilir", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.