Bank Of Baku

Rusiya MN: Son sutkada Ukraynanın 137 hərbi obyekti məhv edib

Rusiya MN: Son sutkada Ukraynanın 137 hərbi obyekti məhv edib
# 22 mart 2022 11:35 (UTC +04:00)

Rusiya aviasiyası son sutka ərzində Ukraynanın 137 hərbi obyektini, o cümlədən altı komanda məntəqəsi və rabitə mərkəzini məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Gün ərzində operativ-taktiki və hərbi aviasiya Ukraynanın 137 hərbi obyektini vurub. Onların arasında altı komanda-idarə etmə mərkəzi və rabitə mərkəzi, iki reaktiv yaylım atəş sistemi qurğusu, bir zenit-raket kompleksi, səkkiz raket artilleriya silahları və sursatları anbarı, eləcə də 101 hərbi texnikanın saxlanıldığı yer var”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR