Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-25 təyyarəsi qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlik qəzanın pilotun səhvi ucbatından baş verdiyini bildirib.
Eyni zamanda, Rusiya tərəfi Ukraynaya məxsus 1 hərbi helikopterin və 4 zərbə dronun da məhv edildiyini açıqlayıb.