Bank Of Baku

Rusiya MN Taqanroqda baş verən partlayışla bağlı açıqlama yayıb - VİDEO - YENİLƏNİB

Rusiya MN Taqanroqda baş verən partlayışla bağlı açıqlama yayıb - VİDEO  - YENİLƏNİB
# 28 iyul 2023 18:27 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi Rostov vilayətinin Taqanroq şəhərində restoranda baş verən partlayışla bağlı açıqlama verib.

APA xəbər verir ki, Nazirlikdən bildirilib ki, hadisə Ukraynadan atılan S-200 raketinin havada vurulması və onun qalıqlarının yerə düşməsi ilə baş verib.

"Kiyevin törətdiyi terror aktından sonra Taqanroqda bir neçə bina zədələnib, dinc sakinlər arasında yaralılar var", - açıqlamada deyilir.

***

17:49

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində restoranda partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Rusiya FHN mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, partlayış şəhərin “Çexov Sad” restoranının ərazisində baş verib.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Dağıntılar altında qalanların olduğu bildirilib.

Müvafiq qurumlar partlayış baş verən əraziyə cəlb olunub və hazırda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR