Bank Of Baku

Rusiya MN: Ukraynada daha 134 hərbi obyekt vurulub

Rusiya MN:  Ukraynada daha 134 hərbi obyekt vurulub
# 05 aprel 2022 12:09 (UTC +04:00)

Rusiya ötən gecə Ukraynada 134 hərbi obyekti vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası və raket qoşunları Ukraynanın 134 hərbi obyektini vurub. Onların arasında səkkiz komanda məntəqəsi və rabitə mərkəzi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün bir radar, “Toçka-U” raket kompleksi üçün bir buraxılış qurğusu, altı sursat və iki yanacaq anbarı, həmçinin 85 dayaq məntəqəsi və Ukrayna hərbi texnikasının cəmləşdiyi ərazilər var", - deyə Rusiya MN rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR