Bank Of Baku

Rusiya MN Ukraynada dəmir yolu stansiyasına raket hücumunu təkzib edib - VİDEO

Rusiya MN Ukraynada dəmir yolu stansiyasına raket hücumunu təkzib edib - VİDEO
# 08 aprel 2022 14:24 (UTC +04:00)

Aprelin 8-də Rusiyanın Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib.

“Kiyev millətçi rejiminin nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmir yolu vağzalına həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatlar təxribatdır və həqiqətə uyğun deyil. Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb”, - Rusiya MN-in məlumatında qeyd olunub.

Rusiya MN-dən o da bildirilib ki, fraqmentləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan və hadisə şahidləri tərəfindən dərc edilən “Toçka-U” taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir.

Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın raket hücumu nəticəsində 30 nəfərin həlak olduğu, 100-dən çox insanın yaralandığı barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR