Bank Of Baku

Rusiya MN: Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirilib - VİDEO

Rusiya MN: Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirilib - VİDEO
# 16 mart 2022 11:20 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Ukraynada son sutkada 128 hərbi obyektə zərbələr endirib.

APA-nın xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O həmçinin, Ukraynanın daha 2 Su-25 təyyarəsinin, 1 MiQ-29 təyyarəsinin vurulduğunu, 4 komanda məntəqəsinin, 7 silah anbarının məhv edildiyini qeyd edib.

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 111 hərbi təyyarəsi, 68 helikopteri, 160 pilotsuz uçuş aparatı, 159 zenit-raket kompleksi, 1353 tankı və digər zirehli texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya və minaatanı məhv edilib”, - deyə Konaşenkov açıqlama verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR