Ukrayna 27 pilotsuz uçuş aparatı ilə Rusiya ərazisindəki hədəflərə hücum etməyə cəhd edib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlardan 18-i Kursk vilayəti, daha 2-si isə Belqorod vilayəti üzərində vurulub.
"Bu gecə Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə PUA-larla terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri Ukraynanın 27 pilotsuz uçuş aparatını məhv edilib”, - deyə departamentdən bildiriblər.