Bank Of Baku

Rusiya MN: Ukraynanın 44 hərbi obyekti vurulub

Rusiya MN: Ukraynanın 44 hərbi obyekti vurulub
# 21 mart 2022 12:07 (UTC +04:00)

Ötən gecə Rusiya aviasiyası 4 komanda məntəqəsi, 6 Buk M-1 kompleksi və 4 silah anbarı da daxil olmaqla Ukraynanın 44 hərbi obyektini vurub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Ötən gecə ərzində operativ-taktiki və hərbi aviasiya Ukraynanın 44 hərbi obyektinə zərbələr endirib. Onların arasında dörd komanda məntəqəsi, Nalivaykovka və Zoloçeva yaşayış məntəqələri ərazilərində iki reaktiv yaylım atəşi sistemi qurğusu, altı Buk M-1 zenit-raket kompleksi, aviasiya-raket kompleksləri, Vışqorod vilayətində üç “Msta-B” artilleriya qurğusu, dörd raket və artilleriya silahı və sursat anbarı, həmçinin hərbi texnikanın toplandığı 23 yer var”, - deyə o qeyd edib.

Konaşenkovun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Çernobaevka və Tsirkuni yaşayış məntəqələri üzərində havada daha iki Ukrayna pilotsuz uçuş aparatını vurub:

"Xüsusi əməliyyat başlayandan indiyədək Ukraynanın 216 pilotsuz uçuş aparatı, 180 zenit-raket kompleksi, 1506 tank və digər zirehli döyüş texnikası, 152 reaktiv yaylım atəşi sistemi, 592 səhra artilleriya qurğusu və minaatan, 1284 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR