Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 78 hərbi obyektini vurub.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O, Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 441 pilotsuz uçan aparatı, 239 yaylım atəşi reaktiv qurğusu və 2079 tank və zirehli texnikanı məhv etdiyini söyləyib.
Konaşenkov Xerson vilayətində Ukraynaya məxsus Mi-24 hərbi vertolyotunun atıcı silahlardan açılan atəşlə havada vurulduğunu da qeyd edib:"Bundan başqa RF Silahlı Qüvvələri yüksək dəqiqlikli silah zərbəsi ilə Donbassda 9 tankı, 5 "Akatsiya" özüyeriyən artilleriya qurğusunu, 5 Qrad yaylım atəşi reaktiv qurğusunu və 60-dan çox millətçini məhv edib".