Bank Of Baku

Rusiya MN Ukraynanın daha 36 hərbi obyektini məhv etdiyini açıqlayıb

Rusiya MN Ukraynanın daha 36 hərbi obyektini məhv etdiyini açıqlayıb
# 28 mart 2022 11:28 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi (MN) Ukraynanın daha 36 hərbi obyektini məhv etdiyini açıqlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya MN-in rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Martın 27-də sutka ərzində operativ-taktiki aviasiya və raket qoşunları Ukraynanın 36 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, iki zenit-raket kompleksi, reaktiv yaylım atəşi sisteminin bir qurğusu, üç silah-sursat anbarı, iki yanacaq-sürtkü anbarı və Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 rayon var”, - Rusiya MN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR