Bank Of Baku

Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb

Rusiya MN Ukraynanın hərbi itkilərini açıqlayıb
# 16 aprel 2022 12:16 (UTC +04:00)

Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya silahlı qüvvələri 133 təyyarə və 458 pilotsuz uçuş aparatı məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bugün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 133 təyyarə, 458 pilotsuz uçuş aparatı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli döyüş texnikası, 252 reaktiv yaylım atəşi sistemi, 981 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 2146 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - Rusiya MN sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR