Bank Of Baku

Rusiya MN Ukraynaya döyüşməyə gələn əcnəbilərə xəbərdarlıq edib

Rusiya MN Ukraynaya döyüşməyə gələn əcnəbilərə xəbərdarlıq edib
# 03 mart 2022 18:10 (UTC +04:00)

Xorvatiyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

APA-nın Rusiya MN-ə istinadən verdiyi məlumata görə, hərbi attaşeyə Ukraynaya Polşa vasitəsilə Xorvatiyadan 200-ə yaxın muzdlunun gəldiyi bildirilib.

Qeyd olunub ki, Xorvatiyadan gələn muzdlular Ukraynanın cənub-şərqindəki milliyyətçi batalyonların tərkibinə daxil olub.

Bildirilib ki, Ukraynaya gələn əcnəbi muzdlular Rusiya Ordusuna qarşı diversiya və hücumlar törədir və bütün bu hücumlar Qərbin Ukraynaya verdiyi silahlar - “Javelin”, NLOW və Stinger silahları vasitəsi ilə həyata keçirilir.

Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ukraynaya gəlmək istəyən xarici vətəndaşlara xəbərdarıq edib: “Kiyevin milliyyətçi rejimi üçün Ukraynaya gəlməyi planlaşdıran xarici dövlətlərin vətəndaşlarını səfərdən öncə yeddi dəfə düşünməyə çağırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR