Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən mühüm enerji infrastruktur obyektlərinə yüksək dəqiqlikli silahlarla kütləvi zərbə endirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bütün təyin edilmiş hədəflər məhv edilib. “Həmçinin 24 saat ərzində xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatları istehsal edən iki sex vurulub”, deyə Rusiya MN-ninməlumatına qeyd olunub.