Bank Of Baku

Rusiya MN: Ukraynaya məxsus iki Su-25 təyyarəsi vurulub

Rusiya MN: Ukraynaya məxsus iki Su-25 təyyarəsi vurulub
# 11 aprel 2022 11:45 (UTC +04:00)

Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri İzyum yaşayış məntəqəsi yaxınlığında havada Ukraynaya məxsus iki Su-25 təyyarəsini vurub. Bundan başqa, Balakleya, Qulyai Pole və Volnovaxa ərazilərində üç pilotsuz uçuş aparatı, Nikolaev vilayətinin Kalininskoye yaşayış məntəqəsi yaxınlığında “Valkiriya” tipli PUA vurulub”, - Rusiya MN sözçüsü vurğulayıb

Konaşenkov ümumilikdə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək 129 təyyarə, 99 helikopter, 243 S-300, Buk-M1, Osa AKM zenit-raket komplekslərinin məhv edildiyini söyləyib: "Bundan başqa 441 pilotsuz uçuş aparatı, 2079 tank və digər döyüş zirehli texnikası, 239 reaktiv yaylım atəşi sistemi, 909 səhra artilleriya qurğusu və minaatan, 2000-dən çox xüsusi təyinatlı hərbi maşın da məhv edilib" .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR