Bank Of Baku

Rusiya MN “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb

Rusiya MN “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb
# 24 iyun 2023 10:12 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, MN müraciətində vaqnerçiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb.

“Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib.

Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, - deyə müraciətdə bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR