Bank Of Baku

Rusiya MN: Xarkovda 30-a yaxın polşalı muzdlu öldürülüb

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 15 aprel 2022 12:36 (UTC +04:00)

Ukraynanın Xarkov vilayətində Rusiya raket qoşunlarının endirdiyi zərbə nəticəsində Polşanın özəl hərbi şirkətinin muzdlu dəstəsi məhv edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

“Zərbə nəticəsində Xarkov vilayətinin İzyumskoye yaşayış məntəqəsində Polşanın özəl hərbi şirkətinin muzdlularından ibarət dəstə məhv edilib, 30-a yaxın polşalı muzdlu öldürülüb”, - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov onu da bildirib ki, ötən gecə ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın 221 hərbi obyektini, o cümlədən 12 komanda məntəqəsini, 176 dayaq məntəqəsi və düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub: “Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 132 təyyarə, 105 helikopter, 456 pilotsuz uçuş aparatı (PUA), 2213 tank və zirehli texnikası, həmçinin 249 reaktiv yaylım atəşi qurğusu, 966 ədəd səhra artilleriya silahı və minaatan qurğusu, həmçinin 2110 ədəd xüsusi təyinatlı hərbi maşınını məhv edib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR