Bank Of Baku

Rusiya MN: Zaporojye AES-də təxribat istisna edilmir

Rusiya MN: Zaporojye AES-də təxribat istisna edilmir
# 23 aprel 2022 12:44 (UTC +04:00)

ABŞ Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlayır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, Xarkov və Kiyevdəki kimyəvi və bioloji obyektlərdə təxribat variantı ən çox ehtimal olunandır:

"Zaporojye AES-də təxribat istisna edilmir. Təxribatı səhnələşdirmənin yüksək ehtimalı Ukraynaya zəhərli antidotların tədarükü faktları ilə təsdiqlənir".

Rusiya MN-dən o da bildirilib ki, bu təxribatlar o cümlədən Hindistan və Çinə təzyiq göstərmək, onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək üçün planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR