Zəlzələ Rusiyanın Suriyadakı hərbi bazalarının döyüş hazırlığına təsir etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Rusiyanın Xmeymim bazası və Suriyada yerləşən digər hərbi obyektlərinin döyüş hazırlığına təsir etməyib.
Qeyd edək ki, Suriyada və Türkiyənin cənub-şərqində güclü zəlzələ baş verib. Dağıntılar altında yüzlərlə insanın qaldığı bildirilib.