Rusiya hökuməti neft, qaz və kondensat hasilatı ilə bağlı statistik məlumatların dərcini dayandırmağı əmr edib.
APA-nın məlumatına görə, bu barədə hüquqi informasiya portalında dərc olunan sənəddə deyilir.
Statistik məlumatların dərci 2024-cü il aprelin 1-dək dayandırılıb. Mart ayından aylıq məlumatların açıqlanması, 2023-cü ilin birinci rübündən isə rüblük hesabatların verilməsi qadağan edilib.