Norveçin Rusiyadakı səfirliyinin və müdafiə məsələləri üzrə attaşe aparatının 10 nümayəndəsi “persona non qrata” elan edilib.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Norveç səfirinə həmçinin bildirilib ki, Oslonun qeyri-dost hərəkətləri ilə bağlı digər tədbirlər, o cümlədən Norveç diplomatik missiyaları tərəfindən Rusiya vətəndaşlarının işə götürülməsinə məhdudiyyətlər qoyulacaq.