Bank Of Baku

Rusiya nümayəndə heyəti Taliban və ABŞ arasında razılaşmanın imzalanması mərasimində iştirak edəcək

Rusiya nümayəndə heyəti Taliban və ABŞ arasında razılaşmanın imzalanması mərasimində iştirak edəcək
# 30 avqust 2019 13:18 (UTC +04:00)

Rusiya nümayəndə heyəti Taliban və ABŞ arasında razılaşmanın imzalanması mərasimində iştirak edəcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in Asiya regionu üzrə departamentin rəhbəri, Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.

“Proses hələ başa çatmayıb. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad  bu gün Talibanla razılaşacaq. Razılaşmadan sonra o, Kabilə səfər edəcək və razılaşmanı Əfqanıstan hökumətinə təqdim edəcək. Bundan sonra rəsmi imzalanma mərasiminin tarixi müəyyən ediləcək”, - deyə rusiyalı diplomat bildirib.

Z.Kabulov bu mərasimdə Rusiyanı təmsil edəcəyini qeyd edib.

O, müqavilənin nə zaman imzalanacağının dəqiq tarixini bilmədiyini bildirib: "Dəqiq təsdiqləmələri gözləyirik.  Amerikanın xüsusi nümayəndəsi bütün təsdiqləmələrdən sonra mənimlə əlaqə quracağı barədə biz razılaşmışıq". 

Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, o prosesin bütün təfərrüatlarına malik deyil.

Qeyd edək ki, ABŞ nümayəndəsi Z. Xəlilzad daha əvvəl bildirib ki, ABŞ-ın Talibanla bağladığı saziş Əfqanıstanda sülhün bərqərar edilməsinə yönəlib və ABŞ qoşunlarının Əfqanıstandan geri çağrılması bu ölkədəki vəziyyətdən asılı olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR