Rusiya ordusu qeyri-strateji nüvə silahlarının tətbiqi üzrə təlimlərə başlayıb - VİDEO

Rusiya ordusu qeyri-strateji nüvə silahlarının tətbiqi üzrə təlimlərə başlayıb - VİDEO
# 21 may 2024 18:42 (UTC +04:00)

Rusiyanın Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının istifadəyə hazırlanması və istifadəsi üzrə təlimlər başlayıb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi manevrlər çərçivəsində “İsgəndər” raket kompleksləri üçün xüsusi sursatın əldə edilməsi, onların məxfi yerdəyişməsinin təmin olunması, habelə buraxılışa hazırlanması üzrə tapşırıqlar icra ediləcək.

Rusiya Hərbi Kosmik Qüvvələrinin şəxsi heyətinin qarşısında həmçinin, zərbə xarakterli aviasiya vasitələri, xüsusilə “Kinjal” raketlərinin döyüş sursatı ilə təchiz edilməsi üzrə bacarıqlarını təkmilləşdirmək, eləcə də əvvəlcədən təyin olunmuş istiqamətlərə çatmaq vəzifəsi qoyulub.

Nazirliyin rəsmi məlumatında təlimlərin Rusiyanın suverenliyinə yönələn təhdidlər, habelə Qərbin təxribatları əleyhinə olduğu açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR