Bank Of Baku

Rusiya Ordusu Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyasını məhv edib

Rusiya Ordusu Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyasını məhv edib
# 11 aprel 2022 11:35 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri “Kalibr” yüksək dəqiqlikli dəniz bazalı raketlərindən istifadə edərək, Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyasını məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Bazar günü, aprelin 10-da “Kalibr” yüksək dəqiqlikli dəniz bazalı raketlərlə Dnepr şəhərinin cənub kənarında yerləşən anqarda gizlədilən, Avropa ölkələrindən birinin Kiyev rejiminə verdiyi S-300 zenit-raket diviziyası məhv edilib”, - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, nəticədə dörd S-300 buraxılış qurğusu və Ukrayna silahlı qüvvələrinin 25-ə qədər şəxsi heyəti məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR