Bank Of Baku

Rusiya ordusunu neft məhsulları ilə təmin edən magistral kəmər partladılıb

Rusiya ordusunu neft məhsulları ilə təmin edən magistral kəmər partladılıb
# 09 sentyabr 2025 16:48 (UTC +04:00)

Sentyabrın 8-də Rusiyanın Saratov vilayətinin Krasnoarmeyskiy rayonunda magistral neft kəmərində güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə RBK-Ukrayna mənbələrə istinadən məlumat yayıb.

Partlayış nəticəsində Rusiya ordusunu neft məhsulları ilə təmin edən "Kuybışev-Lisiçansk" magistral neft kəməri sıradan çıxarılıb.

Mənbələrin sözlərinə görə, bu, Rusiyanın yalnız son bir gündə sıradan çıxmış üçüncü neft-qaz infrastruktur obyektidir. Daha əvvəl Rusiya Federasiyasının Penza bölgəsində qaz və neft boru kəmərlərində partlayışların olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR