Bank Of Baku

Rusiya ordusunun Baş Qərargah rəisi: Silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov

© APA | Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov

# 18 dekabr 2024 14:41 (UTC +04:00)

“Dünyada silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb”.

APA xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

O həmçinin Qərbin ikili standartları səbəbindən ölkələr arasında etimadın minimal səviyyədə belə bərpasının mümkünsüzlüyünü qeyd edib:

“Etimad olmadan silahlanmaya nəzarət üzrə işlək mexanizminin yaradılması mümkün deyil”.

Qeyd edək ki, 1987-ci ildə ABŞ və Rusiya arasında “Orta və Yaxınmənzilli Raketlərin ləğvi haqqında” müqavilə imzalanıb.

İki ölkə arasındakı fikir ayrılıqları səbəbindən Rusiya 2019-cu il iyulun 3-də, ABŞ isə elə həmin il avqustun 2-də bu sənəddən çıxdıqlarını bəyan edib.

Rəsmi Vaşinqton bu qərarını daha müasir silah növlərinin, eləcə də yeni çağırışlara cavab verən hava hücumundan müdafiə sistemlərinin yaradılması istəyi ilə əsaslandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR