Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər, xüsusən də onun sayının 1,5 milyon nəfərə çatdırılması 2023-2026-cı illər ərzində baş verəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Sergey Şoyqunun ordunun sayının artırılması ilə bağlı keçirdiyi müşavirənin yekunları ilə bağlı məlumatda bildirilib.
“Silahlı Qüvvələrin tərkibində genişmiqyaslı dəyişikliklər, onların sayının artırılması, Rusiya Federasiyasının hərbi-inzibati strukturunda 2023-2026-cı illər ərzində həyata keçiriləcək dəyişikliklər müdafiə nazirinin bütün müavinlərindən, baş komandanlardan (Silahlı Qüvvələrin növləri üzrə), komandirlər (hərbi dairələrin, Şimal Donanmasının və Silahlı Qüvvələrin qoşunlarının) müvafiq qərarlar qəbul etməsini tələb edəcək”, - deyə məlumatda qeyd olunub.
Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə bildirib ki, Rusiyada Moskva və Leninqrad hərbi dairələrinin yaradılacağını söyləyib.