Bank Of Baku

Rusiya Pol Qobl və daha 24 ABŞ vətəndaşına sanksiya tətbiq edib

Pol Qobl

© APA | Pol Qobl

# 05 sentyabr 2022 16:19 (UTC +04:00)

Moskva Bayden administrasiyasının Rusiya vətəndaşlarına qarşı genişlənən şəxsi sanksiyalarına cavab olaraq ABŞ Konqresinin üzvlərindən, yüksək rütbəli məmurlardan, biznes və ekspert icmalarının nümayəndələrindən, eləcə də mədəniyyət xadimlərindən olan daha bir qrup şəxsə qarşı sanksiya tətbiq edib.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə 25 nəfər ABŞ vətəndaşının Rusiya Federasiyasına daimi əsaslarla giriş qadağan olunub.

Rusiya XİN-nin siyahısında "stop siyahısı"na daxil edilmiş Amerika vətəndaşlarının adları açıqlanıb. Belə ki, Rusiyanın qara siyahısına düşən ABŞ vətəndaşları arasında tanınmış aktyorlar Şon Pen və Ben Stiller, eləcə də, tanınmış siyasi ekspert Pol Qobl da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR