Bank Of Baku

Rusiya Polşa və Baltikyanı ölkələrlə əlaqələrin tamamilə kəsiləcəyini istisna etmir

Rusiya Polşa və Baltikyanı ölkələrlə əlaqələrin tamamilə kəsiləcəyini istisna etmir
# 30 yanvar 2023 13:12 (UTC +04:00)

Rusiya Polşa və Baltikyanı ölkələrlə əlaqələrin tamamilə kəsiləcəyini istisna etmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Polşa və Baltikyanı ölkələr uzun müddətdir ki, qızğın rusofobik kampaniyanın aparıldığı və Qərbin hər hansı anti-Rusiya təşəbbüslərinin tərəfdaşı olmağa çalışan dövlətlərdir. Son zamanlar bu ölkələrlə ikitərəfli münasibətlər fəlakətli şəkildə deqradasiyaya uğrayıb, onlarla bütün sahələrdə qarşılıqlı fəaliyyət dondurulub və praktiki olaraq sıfıra enib”, deyə Rusiya XİN-dən KİV-in “Rusiya Polşa və Baltikyanı ölkələrin açıq-aşkar qeyri-dost hərəkətlərinə cavab olaraq bu ölkələrlə münasibətləri kəsə bilərmi?” sualına cavabında qeyd olunub.

Vurğulanıb ki, Rusiya diplomatik münasibətlərin pozulmasının tərəfdarı deyil: “Ən çətin vəziyyətdə belə dialoq kanallarını saxlamaq, həmvətənlərimizin və soydaşlarımızın problemlərini həll etmək lazımdır. Bu ölkələrin anti-Rusiya qəzəbinə girərək bizimlə əlaqəni tamamilə kəsmək qərarına gələcəyini istisna etmək olmaz. Əgər bu baş verərsə, o zaman bu addımın və onun nəticələrinin məsuliyyəti bütünlüklə bu dövlətlərin rəhbərliyinin üzərinə düşəcək. Biz milli maraqlarımızı qətiyyətlə müdafiə etmək niyyətindəyik və opponentlər başa düşməlidirlər ki, onların hərəkətlərinin uzunmüddətli nəticələri olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR