Bank Of Baku

Rusiya Prezidenti: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bundan sonra da çalışacağıq

Rusiya Prezidenti: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bundan sonra da çalışacağıq
# 05 noyabr 2024 15:25 (UTC +04:00)

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün bunda sonra da çalışacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

Rusiya Prezidenti vurğulayıb ki, Ermənistan və Azərbaycanla əməkdaşlıq əsl müttəfiqlik ruhunda qurulub.

"Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün hər şeyi etmişik və indi də edirik. Biz 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış məlum üçtərəfli sazişlərə uyğun olaraq sülh müqaviləsi üzərində işləməyə, dövlət sərhədinin delimitasiyasına və iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına yardım göstərməyə davam edəcəyik.

Azərbaycan və Ermənistan liderlərinin BRİCS-in Kazan sammitinin platformasından yararlanaraq regionda davamlı sülhə və millətlərarası harmoniyaya nail olunması ilə bağlı prinsipial məsələlər ətrafında faydalı söhbət aparmasından məmnunluğumu ifadə etməyə bilmərəm", - deyə Putin yekunlaşdırıb.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR