Bank Of Baku

Rusiya Prezidenti: Ukraynanın əks-hücumu nəticə verməyib, Qərb məyusdur

Rusiya Prezidenti: Ukraynanın əks-hücumu nəticə verməyib, Qərb məyusdur
# 21 iyul 2023 14:32 (UTC +04:00)

Ukrayna on minlərlə insanını itirib, ölkənin səfərbərlik potensialı, demək olar ki, tükənib, Qərbin arsenalları tükənir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə bildirib.

Onun sözlərinə görə, Ukraynanın əks-hücumu nəticə verməyib.

“Kiyevin Qərbdəki kuratorları əks-hücumun nəticələrindən açıq şəkildə məyusdurlar. Qərb görür ki, onların təriflədikləri texnikaları mükəmməl yanır və hətta müəyyən mənada sovet maşınlarına da uduzur. Ukrayna sakinlərinin rəyi Avropada olduğu kimi yavaş-yavaş dəyişir, onlar ayılırlar", – Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR