Rusiya hakimiyyəti Qabondakı vəziyyəti diqqətlə izləyir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qabonda dövlət çevrilişini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Qabonda baş verənlər dərin narahatlıq doğurur.
Qeyd edək ki, bu gün Qabon Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini və avqustun 26-da keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər. AFP-nin yaydığı məlumata görə, hazırda Qabon Prezidenti Ali Bonqo Ondimba ev dustaqlığındadır, onun oğlu isə dövlətə xəyanət ittihamı ilə saxlanılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə rusiyalılara təcili ehtiyac olmadan Qabona getməməyi tövsiyə edib.