Bank Of Baku

Rusiya qazının Özbəkistana nə vaxt nəql olunacağı açıqlanıb

Rusiya qazının Özbəkistana nə vaxt nəql olunacağı açıqlanıb
# 25 sentyabr 2023 11:23 (UTC +04:00)

Rusiya qazı oktyabrın 1-dən Özbəkistana nəql olunacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana tranzitinə oktyabrın 1-də başlanması planlaşdırılır.

Qeyd edək ki Rusiya və Qazaxıstan bu ilin iyun ayında Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda tranzitlə bağlı razılığa gəliblər. 2022-ci ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Özbəkistan və Qazaxıstanla qaz ittifaqı yaratmağı təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR