Bank Of Baku

Rusiya Qərb ölkələrini Çikaqo Konvensiyasını pozmaqda ittiham edib

Rusiya Qərb ölkələrini Çikaqo Konvensiyasını pozmaqda ittiham edib
# 11 oktyabr 2023 14:51 (UTC +04:00)

Rusiya Qərb ölkələrini hava məkanının bağlanması və ona təyyarə və ehtiyat hissələrinin tədarükünə qadağa qoyulması səbəbindən Çikaqo Konvensiyasının müddəalarını pozmaqda ittiham edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Moskva Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurasına bəyanatla müraciət edib.

Bəyanatda bütün Aİ ölkələri, ABŞ, Kanada, Britaniya, İslandiya, Norveç, Monteneqro, İsveçrə, Albaniya və Şimali Makedoniya da daxil olmaqla 37 dövlət cavabdeh kimi təqdim edilib.

“Cavabdeh dövlətlər beynəlxalq mülki aviasiyanın təhlükəsizliyini təhlükə altına atıblar və 80 ilə yaxındır beynəlxalq aviasiya sisteminin əsasını təşkil edən qarşılıqlı etimadı ciddi şəkildə sarsıdıblar. Rusiya Federasiyası aparıcı aviasiya nəhənglərindən biri kimi Çikaqo Konvensiyasının müddəalarının bütün bu pozuntularına İCAO mexanizmləri vasitəsilə qətiyyətlə son qoymaq niyyətindədir", deyə Rusiya XİN-nin bəyanatında bildirilib.

Qeyd edək ki, Qərb ölkələri 2022-ci ilin fevral ayının sonunda Ukraynada hərbi əməliyyata başlayandan sonra Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Eyni ilə Rusiyada Qərb ölkələrinə cavab məhdudiyyətləri tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR