Rusiya ABŞ-ın MQ-9A Reaper pilotsuz təyyarəsini Qara dəniz üzərində müşayiət etmək üçün Su-30 döyüş təyyarəsini havaya qaldırdığını bildirib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 27-də Rusiyanın hava məkanına nəzarət sistemləri Qara dənizdə hava hədəfi aşkar edib - onun Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşdığı iddia edilir.
Məlum olub ki, bu, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A Reaper PUA-sıdır.
Sərhədin pozulmasının qarşısını almaq üçün Su-30 qırıcısı havaya qaldırılıb.