Rusiya Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Raisa Lukutsova Moskvada mənzilində ölü tapılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, 74 yaşlı Lukutsovanın ölümünün cinayət xarakterli olmadığı bildirilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Qeyd edək ki, Raisa Lukutsova 2006-2021-ci illərdə Rusiya Qırmızı Xaç Təşkilatına rəhbərlik edib.